Previous Next

ADPU-nun prorektoru Belçikada səfərdə olub

Bakı Biznes Universitetinin koordinatoru olduğu, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində növbəti səfər 3-7 iyul tarixlərində Belçikanın Brüssel şəhərinə baş tutub. Layihə konsorsiumunun üzvü olan 18 ali təhsil müəssisəsinin nümayənədələri Avropanın nüfuzlu EFMD təşkilatında 5 gün müddətində müxtəlif təlim-seminarlarda iştirak ediblər. Səfərdə Azərbaycan Dövlət Pedaqoji Universitetini tədris işləri üzrə prorektor dosent Eldar Aslanov təmsil edib.
Səfərin ilk günündə layihənin koordinatoru Gülşən Bayramova və EFMD təşkilatının beynəlxalq layihələr üzrə direktoru Dr. Xristofe Terrass açılış nitqi ilə çıxış ediblər. Daha sonra Xristofe Terrass EFMD təşkilatının fəaliyyəti barədə geniş təqdimat edib.  Növbəti təqdimatda isə Jan-Baptist Maillard EFMD təşkilatının beynəlxalq layihələrdəki böyük təcrübələrini Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyəti ilə bölüşüb. Məhsuldar günün yekun təqdimatları isə ali təhsil müəssisələrinin marketinq və kommunikasiya strategiyalarının, eləcə də, EFMD-nin bu istiqamətdəki təcrübələrinin, o cümlədən dövri nəşrlərinin müzakirəsinə həsr edilib.
Növbəti günlərdəki təlimlərdə “Belçikanın ali təhsil sistemində Flamand Universitetlərarası Şurasının rolu: Şuranın dövri nəşrləri” və “Belçikanın ali təhsil sistemində Rektorlar Şurasının rolu: Şuranın dövri nəşrləri” kimi mühüm mövzular əhatə olunub. Təlimlərin məqsədi Azərbaycan Rektorlar Konfransının dövri nəşrinin hazırlanması məqsədilə beynəlxalq təcrübənin, xüsusilə də Belçika təcrübəsinin öyrənilməsi olub. Təlimlər Şuraların məsul şəxsləri Koen Verlaeckt və Sofi Dufays tərəfindən həyata keçirilib.
Yekunda qarşılıqlı müzakirələr, fikir mübadilələri aparılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search