Azərbaycan Dövlət Pedaqoji Universitetində əcnəbi vətəndaşlar üçün pedaqoji kadr hazırlığına XX əsrin 50-ci illərindən başlanılmışdır. Müstəqillik qazandıqdan sonra, respublikamızda təhsil sahəsində aparılan islahatların davamı olaraq, əcnəbi tələbələrin təhsilinin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində məqsədyönlü fəaliyyət göstərilmişdır. Ötən illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetindən müxtəlif ixtisaslar üzrə yüzlərlə əcnəbi vətəndaş məzun olmuş, şərəfli müəllim peşəsinə yiyələnmişdirlər.
2015-ci ilin mart ayında ADPU-nun Əcnəbi tələbələrin işi üzrə fakültəsi və Əcnəbi tələbələr üçün hazırlıq şöbəsinin bazası əsasında Əcnəbi tələbələrlə iş üzrə şöbə yaradılmışdır. 2017-ci ilin dekabr ayında şöbənin adı dəyişdirilərək, Əcnəbi tələbələrlə iş şöbəsi adlandırıldı. Öz fəaliyyətində ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoruna tabe olmaqla ADPU-da təhsil alan əcnəbi tələbələrə və təhsil almaq istəyən bütün əcnəbi vətəndaşlara xidmət göstərir.
Fəaliyyətimiz
- ADPU-da təhsil almağa gələn əcnəbi vətəndaşların qəbulu, yerləşdirilməsinə (yataqxana) kömək, əcnəbilər üçün nəzərdə tutulmuş bütün qanunların və normativ aktların yerində icrasının təşkili və həmin qaydalara riayət olunması işinin tənzimlənməsi;
- ADPU-nun müvafiq bölmələri ilə birlikdə əcnəbi tələbələrin tədris prosesinin təşkilinə dəstək göstərilməsi;
- Əcnəbi dinləyicilər üçün hazırlığın təşkili;
- Yeni tədris prosesinə qoşulan əcnəbi tələbələri universitetin xidmətləri ilə (tyutor, miqrasiya, kitabxana, tibb, yeməkxana, yataqxana və s.) tanış etmək;
- ADPU-nun daxili intizam qaydalarına, həmçinin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə riayət edilməsinə nəzarət olunması;
- Əcnəbi tələbələrlə mədəni-kütləvi işlərin, beynəlxalq və milli tədbirlərin təşkili;
- Əcnəbi tələbələrlə əlaqədar təsdiq olunmuş formada məlumat və hesabatların hazırlanması, aidiyyəti üzrə təqdim edilməsi.
Strukturun yerləşdiyi inzibati bina: ADPU-nun II tədris binasının yataqxanası, ikinci mərtəbə. Koroğlu Rəhimov küçəsi 108/Bakı, Azərbaycan
Otaq nömrəsi: 214, 216
Əlaqə nömrəsi: 012 493 00 32
Email ünvanı:
No | Ad ,Soyad, ata adı | Vəzifə |
1
|
Dürdanə Əliyeva Rafiq | Şöbə müdiri |
2
|
Dilarə Yolçiyeva Bəyzadə | Mütəxəssis |
3
|
Vəfa Abbasova Ələkbər | Mütəxəssis |
4
|
Ofeliya Rzayeva Hikmət | Mütəxəssis |