“PLAGİAT.PL” MMC-nin Azərbaycan Respublikasındakı filialı Polşanın və Almaniyanın tərəfdaş universitetlərinin təcrübəsinə əsaslanan və dünyanın 20 ölkəsində, həmçinin Azərbaycanda, təhsilin keyfiyyətini daha da yaxşılaşdırmağa, elmi işlərdə akademik dürüstlüyün səviyyəsini artırmağa, plagiatı azaltmağa, müəllimlərin və tələbələrin plagiata görə məsuliyyətini artırmağa öz töhfəsini verən, akademik plagiata qarşı mübarizə aparan beynəlxalq şirkətin StrikePlagiarism.com antiplagiat sistemində müxtəlif elmi işlərin yoxlanılması həyata keçirilir. Beynəlxalq şirkət Azərbaycanda, Avropa İttifaqında və MDB ölkələrində liderdir və dünya üzrə 700-dən çox universitet bu şirkətin xidmətlərindən yararlanır.
Bu proqramla bakalavr buraxılış işləri, magistr və doktorluq dissertasiyaları, professor-müəllim heyətinin, həmçinin digər təhsil və elmi-tədqiqat müəssisələrinin də mütəxəssislərinin elmi-tədqiqat işlərinin, dərslik, dərs vəsaitləri və s. orijinallığı yoxlanılır.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Mətbu nəşrlərin dövlət qeydiyyatı reyestrinə daxil ediliş “MAGİSTRANT” dövri elmi jurnalında Respublikamızda və xaricdə fəaliyyət göstərən ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında təhsil alan magistrantların fizika-riyaziyyat və texnika elmləri, təbiət elmləri, humanitar və ictimai elmlər, həmçinin pedaqoji-psixoloji elmlər sahələrində aktual elmi tədqiqat işlərinin nəticələrinin nəşri təşkil edilir.
Magistrantların təqdim etdiyi məqalələrin sistemləşdirilməsi, rəyə göndərilməsi, verilmiş iradların müəllifə yönləndirilməsi, müsbət rəy verilmiş məqalələrin redaktəsi və nəşr işinin təşkili həyata keçirilir.
Strukturun yerləşdiyi inzibati bina: Azərbaycan Dövlət Pedaqoji Universiteti (Səbail korpusu)
Otaq nömrəsi: № 261
E-poçt ünvanı:
No | Ad ,Soyad, ata adı | Vəzifə |
1
|
Natəvan Həsənova Filman | Şöbə müdiri |
2
|
Raya Babayeva Şakir | Mütəxəssis |
3
|
Nərmin Əsgərova Qalib | Mütəxəssis |