Moodle (Modullar Object-Oriented Dynamic Learning Environment) — açıq kod
ilə tədris kurslarının idarə olunması sistemidir. PT tədris ilə bağlı
internet-kurslarını və veb-saytları yaratmağa icazə verir. Sosial
konstruktivizmin pedaqoji modelinin istifadəsi Moodle əsas xüsusiyyətidir.
Layihənin əsas məqsədi — təhsil proseslərinin idarə olunması ilə bağlı ən
yaxşı vasitələri müəllimlərə təqdim etməkdən ibarətdir.
Portala keçidi
e-learning.adpu.edu.az
Müəllimlər dərsə başlayacağı qrupda fənnə daxil olaraq, yuxarı sağda
yerləşən görüşə başla (Meet) düyməciyini sıxmaqla dərsi başladır.
Hesaba daxil olarkən hesabın etibarlı qalması üçün əlavə məlumatlar istənilə
bilər.
Bu zaman öz mobil nömrənizi vəya alternativ e-poçtunuzu yazaraq hesabın
təhlükəsizliyini aktivləşdirirsiniz.
Unudulmuş şifrənizi yeniləmək üçün passwordreset.microsoftonline.com səhifəsinə daxil
olursunuz və müvafiq xanaya e-poçtunuzu yazırsınız. Yeni açılmış səhifədə
təhlükəsizliyi aktivləşdirdiyiniz zaman yazdığınız alternativ e-poçt və
mobil nömrənizin siyahısı çıxır. Siyahıdan birini seçirsiniz və oraya
təsdiqləmə kodu gəlir. Təsdiqləmə kodu vasitəsilə şifrəni yeniləyə
bilirsiniz.
Qeyd: Şifrənin yenilənməsi üçün daha öncədən təhlükəsizliyi aktivləşdirmək lazımdır. (Təhlükəsizliyi aktivləşdirmə qaydasına yuxarıdakı bölmədən ətraflı baxa bilərsiniz.) Təhlükəsizliyi aktivləşdirməyən istifadəçilər şifrələrini yeniləmələri üçün fakültə (tyutorlar) vəya şöbələrinə müraciət etməlidilər.

Akademik heyət üçün faydalı bir alətdir və tamamilə pulsuzdur. Bu alət vahid
bir nöqtədən idarəçiliyə imkan verir və dərsləri təşkil etməkdə,
bölüşdürməkdə və istifadəçilərin öz həmkarları ilə ünsiyyət qurmasına yardım
edir. Qeyd edək ki, “Office 365” xidməti “Microsoft”un poçt, əlaqə və digər
tanınmış məhsulların bulud versiyalarını (“Exchange Online”, “SharePoint
Online” və “Teams”) “Office Professional Plus” ofis əlavələri paketi
vasitəsilə özündə birləşdirir.
Dərs zamanı “yazmağa başla” (start recording) düyməsini sıxmaqla dərsi video
kimi yadda saxlaya və daha sonra onu öz cihazınıza yükləyə bilərsiniz.
Dərslər yazıldıqdan sonra platforma videonu öz bazasında 20 gün ərzində
saxlayır. Bu müddət ərzində dərs videosunu öz cihazınıza yükləməniz
lazımdır.
Təlimatı yükləyin
PDF
Təlimatı yükləyin
PDF
Qrupları yaratmaq üçün Komandalar (Teams) bölməsinə daxil olunur.
Yuxarı sağda yeni komanda yarat (join or create teams) düyməciyini
sıxıb, qrup adını yazmaqla yeni qrup yaradılır.
Qrupa tələbə və müəllimləri əlavə etmək üçün qrup adının qarşısında olan 3
qoşa nöqtə düyməciyindən istifadə edilərək, iştirakçı əlavə et (add
members) düyməciyi sıxılır. Açılan səhifədə tələbə və müəllimlərin
adları vəya e-poçtlarını yazaraq qrupa əlavə edilir.
Fənnlər MS TEAMS-də qrup daxilinə kanallar əlavə edilərək yaradılır. Bunun
üçün müvafiq qrupa daxil olunur. Qrup adının yanındakı 3 qoşa nöqtə
düməciyindən istifadə edilərək, yeni kanal əlavə et (add channel)
düyməciyi sıxılır. Açılan pəncərədə Dərsin adı yazılaraq qrupa həmin fənn
əlavə edilir.
Müəllimlər dərsə başlayacağı qrupda fənnə daxil olaraq, yuxarı sağda
yerləşən görüşə başla (Meet) düyməciyini sıxmaqla dərsi başladır.
Müəllim dərs zamanı öz kompüterinin ekranını, powerpoint təqdimatlarını
digər iştirakçılar ilə paylaşa vəya ağ lövhə yaradaraq, dərsi lövhə üzərində
keçə bilər. Bunun üçün dərs zamanı paylaş (open share tray) düyməsini
sıxmaqla, müvafiq bölməni seçməlidir.
Dərs zamanı “yazmağa başla” (start recording) düyməsini sıxmaqla dərsi video
kimi yadda saxlaya və daha sonra onu öz cihazınıza yükləyə bilərsiniz.
Dərslər yazıldıqdan sonra platforma videonu öz bazasında 20 gün ərzində
saxlayır. Bu müddət ərzində dərs videosunu öz cihazınıza yükləməniz
lazımdır.
Təlimatı yükləyin
PDF
Müəllimlər dərs keçdiyi fənnə daxil olaraq, İnsight əlavəsi
vasitəsilə fənn üzrə hesabatları götürə bilir.
1921-Cİ İLDƏN TƏHSİLİMİZİN KEŞİYİNDƏ...
Müəllimlik şərəfli peşədir.