ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-tədris mərkəzi “Beynəlxalq elmi indekslər, onlardan istifadə yolları (Wos, Scopus, Erih Plus, Copernicus) və impaktın hesablanması qaydaları” mövzusunda təlim təşkil edir.
Təlimdə iştirakçılara beynəlxalq indeksləmə bazaları - Scopus, Web of Science və Wos sisteminə daxil olan Science Citation Index Expanded, Social Sciences Citation Index, Art&Humanities Citation Index, Emerging Sources Citation Index, eyni zamanda Erih Plus, Copernicus və s. bazaları haqqında da geniş bilik və informasiyalar veriləcək. İştirakçılar indeksləmə bazalarının imkanlarından istifadə haqqında informasiyalara malik olacaq və bu bazalara daxil olan jurnallarda çap olunan məqalələrin indekslənməsinin üstün tərəfləri haqqında məlumatlar əldə edəcəklər. İştirakçılara öz elmi göstəricilərini müəyyən edən impaktın, h-indeksinin hesablanması qaydaları da izah ediləcək. Eyni zamanda onlara indeksləmə bazalarının jurnallar üçün təqdim etdikləri reytinq göstəriciləri barədə də məlumatlar veriləcək.
Tarix: 02 – 03 aprel, 2024-cü il
Təlimçilər:
• Ruslan Rəhimli - fəlsəfə doktoru, dosent, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Antropologiya Mərkəzinin aparıcı elmi işçisi
• Dmitriy Kiriçenko - fəlsəfə doktoru, dosent, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Antropologiya Mərkəzinin aparıcı elmi işçisi
Təlim ödənişlidir: 21 azn
Təlim kursunu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunur.
Qeydiyyat linki: https://docs.google.com/forms/d/1ktdFb-gFMMiyHGjURlib9-RzDjKPa7LvpUo6XAhShdk/edit
Əlavə məlumat: