29 mart 2024-cü il tarixdə saat 12.00-da ADPU-nun nəzdində fəaliyyət göstərən FD 2.15 Dissertasiya şurasının iclasında Sarıbəyli Fidan Ramiz qızının “Azərbaycan dili təlimində şagirdlərin özünüqiymətləndirmə bacarıqlarının formalaşması üzrə işin sistemi (V-IX siniflər)” ” mövzusunda 5801.01 –Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Azərbaycan dilinin tədrisi metodikası) ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.