ADPU SABAH Mərkəzi «Müasir Azərbaycanda mədəniyyət, dil, təhsil və ictimai fikir: Cəlil Məmmədquluzadə məfkurəsi işığında» tələbə elmi konfransına tezislərin qəbuluna başlayır

Görkəmli Azərbaycan yazıçısı, dramaturq, jurnalist, tənqidi-realist ədəbi cərəyanının banisi və ictimai xadim, “Molla Nəsrəddin” jurnalının baş redaktoru Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (1869-1932) Azərbaycan ədəbiyyatında milli oyanışa və maariflənməyə böyük töhfələr vermişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH Mərkəzi böyük mütəfəkkirin zəngin və çoxşaxəli fəaliyyətinin gənc nəslə aşılanması, habelə müasir Azərbaycan ədəbiyyatı üçün aktual sayılan məsələlər haqqında onların fikir və görüşlərini öyrənmək məqsədilə Cəlil Məmmədquluzadənin fəaliyyətinə həsr olunmuş « Müasir Azərbaycanda mədəniyyət, dil, təhsil və ictimai fikir: Cəlil Məmmədquluzadə məfkurəsi işığında» mövzusunda tələbə elmi konfransını keçirir.

Konfransın təqvimi:

  • Tezislərin göndərilməsi tarixləri -  7 aprel – 20 aprel 2025-ci il
  • Qəbul olunmuş tezislərin elan edilməsi – 30 aprel 2025-ci il
  • Konfransın keçirilmə tarixi – 6 may 2025-ci il

Konfransın keçirilməsi ilə bağlı məlumatlar müəlliflərə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt vasitəsilə bildiriləcəkdir.  

Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis dilləri.

Konfrasın elmi bölmələri və nümunə mövzular:

  • Ədəbiyyatşünaslıq və dilçilik:

Cəlil Məmmədquluzadə əsərlərinin dil və üslub xüsusiyyətləri;

“Molla Nəsrəddin” ədəbi məktəbi və Azərbaycan tənqidi realistlərinin satirik dili;

 XX əsrin əvvəllərində ədəbi tənqid və publisistika.

  • Təhsil və maarifçilik:

Cəlil Məmmədquluzadə və milli təhsil ideyaları;

Maarifçilik və müasir təhsil strategiyaları;

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının azərbaycanlı məzunları.

  • Tarix və ictimai fikir:

Cəlil Məmmədquluzadənin dövrü, mühiti və müasirləri;

Azərbaycan maarifçiləri və milli-mədəni oyanış;

“Molla Nəsrəddin” jurnalında XX əsrin əvvəllərinin tarixi hadisələrinə ictimai-siyasi münasibət.

  • Jurnalistika və mətbuat:

Cəlil Məmmədquluzadə və müasir jurnalistikanın əsasları;

Mətbuatın cəmiyyətə təsiri: keçmiş və bu gün;

Tənqid və jurnalist etikası.

  • Sosial və iqtisadi tədqiqatlar:

Cəlil Məmmədquluzadənin əsərlərində sosial problemlər;

Qadın haqları: beynəlxalq və milli aspektlər;

XX əsrin əvvəllərində Yaxın Şərqdə və Cənubi Qafqazda sosial-iqtisadi şərait.

  • İdarəçilik və liderlik:

Ümummilli Lider Heydər Əliyevin Cəlil Məmmədquluzadənin xatirəsinin əbədiləşdirilməsində rolu;

“Molla Nəsrəddin” məcmuəsi yaxşı lider və mükəmməl komanda heyətinin vəhdətinin nümunəsi kimi;

Cəlil Məmmədquluzadənin ömür yolu müasir gənclər üçün bir örnəkdir.

Tezislərin mətninə verilən tələblər:

- Tezis 250-350 söz həcmində, Times New Roman şrifti ilə, 12 ölçüdə, sətirlərarası interval 1, səhifəkənarı ölçülər 2 sm olmaqla hazırlanmalıdır.

- Mətnin əvvəlində tezisin adı ortadan böyük tünd-qara şriftlərlə yazılmalıdır; onun aşağısından müəllifin adı, atasının adı, soyadı tünd-qara şriftlə; aşağıdan kursivlə təhsil aldığı universitet, ixtisas və kurs, həmçinin aşağıdan elmi rəhbərin elmi dərəcəsi, adı və soyadı qeyd olunmaldır.

- Tezisnin sonunda mövzu ilə əlaqədar  3-5 açar söz yazılmalıdır. 

- Tezislər elmi üslubda yazılmalı, məntdə ədəbi dil normalarına ciddi əməl olunmalı, işin məzmunu orijinallığı, elmi yeniliyiaktuallığı ilə fərqlənməlidir.

- Qeyd olunan xarici dillərdə hazırlanmış tezislərin mətni Azərbaycan dilində də təqdim olunmalıdır.

Konfransa təqdim olunmuş tezislər Təşkilat Komitəsi tərəfindən dəyərləndirildikdən və antiplagiat proqramında yoxlanıldıqdan sonra müəlliflərə qəbul olunub-olunmaması ilə bağlı məlumat veriləcəkdir.

Diqqət! Göstərilən tələblərə cavab verməyən tezislər Təşkilat Komitəsi tərəfindən qəbul edilməyəcəkdir.

Konfransda iştirak etmək istəyənlər tezislərini 20 aprel 2025-ci il tarixədək Təşkilat Komitəsinə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərə bilərlər.

Təşkilat Komitəsi ilə əlaqə:  

İmeyl: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Tezisin sonunda konfransda iştirak üçün bildiriş formasını əlavə edib doldurun.

Adı, ata adı, soyadı

 

Ali təhsil (elmi-tədqiqat) müəssisəsi

 

Fakültə, şöbə, ixtisas, qrup

 

Telefon mobil

 

E-mail

 

Tezisin adı

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search