ADPU-nun Quba filialında beynəlxalq yay məktəbinə qeydiyyata tələsin

Yay tətilini maraqlı, yaddaqalan, əyləncəli və qazanclı keçirmək istəyirsizsə, sizi ADPU-nun Quba filialının təşkilatçılığı ilə həyata keçiriləcək “Yay məktəbi”nə (“Summer School”) qoşulmağa dəvət edirik.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən yay məktəbi (“Summer School”) 24-29 iyul 2023-cü il tarixlərində Quba şəhərində keçiriləcək.
Yay məktəbində peşəkar komandadan təşkil olunmuş yerli və xarici təlimçilər tərədindən mühazirələr təşkil olunacaq, təlimi uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim ediləcək.
Yay məktəbi müddətində iştirakçılar üçün təlimlə yanaşı Quba və Qusarın əsrarəngiz məkanlarında, təbiət qoynunda gəzintilər, intellektual yarışlar, yerli və xarici iştirakçılarla tanışlıq təşkil ediləcək, hədiyyəli fəaliyyətlər təşkil olunacaq.
Optimal büdcə imkanlarınız daxilində təşkil olunacaq 5 günlük təlimlər dünyada geniş yayılmış “MICE Tourism” (Meetings, Incentives, Conferences and Exhibitions) formatında təşkil ediləcək. Bütün proqram üçün ödəniş cəmi 590 AZN (350 USD) təşkil edir.
Tələsin, yerlər məhduddur!
Son müraciət tarixi: 20.07.2023
Qeydiyyat linki: https://forms.gle/DYVCtoBnGNW9xcFw9

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search