SABAH qrupları üzrə magistratura səviyyəsi üçün müəllim qəbulu

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi SABAH qrupları layihəsinin magistratura səviyyəsində 2023/2024–cü tədris ilinin payız semestri üçün müvafiq ixtisaslar üzrə fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislər müsabiqə əsasında saathesabı qaydada işə dəvət olunur!
Müsabiqədə iştirak üçün son müraciət tarixi – 27.07.2023 saat 23:59

Müsabiqədə ən azı üç il ali təhsil pilləsində pedaqoji təcrübəyə və (və ya) sahə üzrə iş təcrübəsinə malik magistr və daha yüksək elmi dərəcəsi olan, tədris edəcəyi fənn və müvafiq ixtisas üzrə təhsilə, hərtərəfli biliyə və müasir ədəbiyyatla tanışlığa malik, mükəmməl səviyyədə İKT və innovativ tədris metodlarını tətbiq edən, eyni zamanda müasir pedaqoji yanaşmaları tətbiq etməyi bacaran, geniş dünya görüşü və SABAH qruplarında müvafiq fənni tədris etməsi üçün xüsusi motivasiyası olan namizədlər iştirak edə bilərlər.
Müsabiqə və vakant fənlər barədə ətraflı məlumatı linkə (https://shorturl.at/fYZ57) daxil olaraq "Tədbirlər və elanlar" bölməsindən əldə edə bilərsiniz.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search