Elmi-təşkilati şöbə

elmiteskilati

Haqqında
Əlaqə
Əməkdaşlar

Azərbaycan Dövlət Pedaqoji Universiteti Elmi Şurasının qərarı ilə (5 mart 2014-cü il, protokol №3) Elmi işlər üzrə prorektorluğun nəzdində 26 noyabr 2014-cü ildən yeni şöbə - Elm və innovasiyalar şöbəsi fəaliyyətə başlamış, şöbəyə dosent Hüseynəliyev Yaşar Hüseyn oğlu (2014-2017-ci illərdə ) rəhbərlik etmişdir. 2017-2019-cu illərdə isə şöbəyə dosent Alıyev Yusif İmrayıl oğlu, 2019-2021- ci illərdə professor Allahverdiyev Əli Qulu oğlu rəhbərlik etmişdir. 2021-ci ilin oktyabr ayından şöbəyə professor İbrahim Bayramov rəhbərlik edir. 2020–ci ildə şöbənin adı dəyişdirilərək Elmi-təşkilati şöbə adlandırılmışdır.

 

Elmi təşkilati şöbənin "Əqli mülkiyyətin qorunması" bölməsi

"PLAGİAT.PL MMC-nin Azərbaycan Respublikasındakı filialı Polşanın və Almaniyanın tərəfdaş universitetlərinin təcrübəsinə əsaslanan və dünyanın 20 ölkəsində, həmçinin Azərbaycanda, təhsilin keyfiyyətini daha da yaxşılaşdırmağa, elmi işlərdə akademik dürüstlüyün səviyyəsini artırmağa, plagiatı azaltmağa, müəllimlərin və tələbələrin plagiata görə məsuliyyətini artırmağa öz töhfəsini verən, akademik plagiata qarşı mübarizə aparan beynəlxalq şirkətin StrikePlagiarism.com antiplagiat sistemində müxtəlif elmi işlərin yoxlanılması həyata keçirilir. Beynəlxalq şirkət Azərbaycanda, Avropa İttifaqında və MDB ölkələrində liderdir və dünya üzrə 700-dən çox universitet bu şirkətin xidmətlərindən yararlanır.

Bu proqramla bakalavr buraxılış işləri,  magistr və doktorluq dissertasiyaları, professor-müəllim heyətinin, həmçinin digər təhsil və elmi-tədqiqat müəssisələrinin də mütəxəssislərinin elmi-tədqiqat işlərinin, dərslik, dərs vəsaitləri və s. orijinallığı yoxlanılır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Mətbu nəşrlərin dövlət qeydiyyatı reyestrinə daxil ediliş “MAGİSTRANT” dövri elmi jurnalında Respublikamızda və xaricdə fəaliyyət göstərən ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında təhsil alan magistrantların fizika-riyaziyyat və texnika elmləri, təbiət elmləri, humanitar və ictimai elmlər, həmçinin pedaqoji-psixoloji elmlər sahələrində aktual elmi tədqiqat işlərinin nəticələrinin nəşri təşkil edilir.

Magistrantların təqdim etdiyi məqalələrin sistemləşdirilməsi, rəyə göndərilməsi, verilmiş iradların müəllifə yönləndirilməsi, müsbətrəy verilmiş  məqalələrin redaktəsi və  nəşr işinin təşkili həyata keçirilir.

Bölməyə Natəvan Filman qızı Həsənova rəhbərlik edir.

Əsasnaməsi

Strukturun yerləşdiyi inzibati bina: Azərbaycan Dövlət Pedaqoji Universiteti (Səbail korpusu)

Otaq nömrəsi: № 221 (şöbə), № 261 (bölmə)

Əlaqə nömrəsi: (012) 493-49-51

E-poçt ünvanı: 

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. (şöbə),

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. (bölmə)

Ad, Soyad, Ata adı

Vəzifə

 1.

Prof. İbrahim Bayramov Məhəmməd

Şöbə müdiri

 2.

F.ü.f.d. Nigar Aslanova Qalib

Baş mütəxəssis

 3.

Almarə Abbasova Əlisa

Baş mütəxəssis

 4.

Vəfa Əhmədova Hüseyn

Baş mütəxəssis

 5.

İlhamə Ağabəyli Sabir

Mütəxəssis

 6.

Zenfira Seyidova Həsən

Mütəxəssis

 7.

Arzu Kərimova Seyidəli

Mütəxəssis

 8.             

Zümrüd Əliyeva Cahangir

Operator

Əqli mülkiyyətin qorunması bölməsi

 9.             

Natəvan Həsənova Filman

Bölmə müdiri

10.          

Babayeva Raya Şakir

Operator

 
 

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin