TƏLİM-TƏDRİS MƏRKƏZİ
Təlim-tədris Mərkəzi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektorluğu tərəfindən yaradılmışdır. Təlim-tədris Mərkəzi pedaqoji kadrların hazırlanması istiqamətində fasiləsiz təhsil almaq imkanını, onların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən şəraitə uyğunlaşmasını təmin edir. Yerli və xarici təhsil müəssisələri ilə birgə layihələr, təlimlər həyata keçirir, müvafiq qurumlar ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
Məqsədlərimiz
- Təhsil müəssisələri və təşkilatları üçün təlim, seminar, vebinar, dəyirmi masa və s. xidmətlərin təşkili;
- Təhsil müəssisə və təşkilatları üçün məsləhət və mentorluq xidmətlərinin təşkili;
- Yerli, xarici və beynəlxalq müəssisələrlə, təşkilatlarla birgə layihələrin həyata keçirilməsi;
- Tanınmış universitetlərlə birgə əməkdaşlıq sayəsində müxtəlif növ təlim, seminar, vebinar, konfrans, dəyirmi masa və s. təşkili;
- Beynəlxalq sertifikatların alınması üçün yüksək səviyyədə hazırlıq kurslarının təşkili;
- Beynəlxalq səviyyəli imtahanların rəsmi imtahan mərkəzinə çevrilməsi;
- İKT sahəsində yeni proqramların tədrisi;
- Mütəmadi olaraq silsilə peşəkar təlimlər, seminarlar, vebinarlar və s. həyata keçirilməsi.
Sturukturun yerləşdiyi inzibati bina: Ü.Hacıbəyli küç., 68 (ADPU əsas korpus)
Otaq nömrəsi: 306
Əlaqə nömrəsi: 012 493 16 21
No | Ad ,Soyad, ata adı | Vəzifə |
1
|
Xalidə Həmidova Aydın | Müdir |
2
|
Nigar Məmmədova Ədalət | baş mütəxəssis |
3
|
Nigar Abbasova Zülfüqar | baş mütəxəssis |
4
|
Mahirə Mustafayeva Məhərrəm | Mütəxəssis |
5
|
Nərmin Hüseynova Şakir | Mütəxəssis |
6
|
İlhamə Həbibova İlham | Mütəxəssis |
7
|
Fidan Mahmudova Azad | Mütəxəssis |
8
|
Əsli Eyvazova Rasim | Mütəxəssis |