Previous Next

“STEAM fənninin tədrisi. STEAM layihələri və texnologiyaları” – ADPU-da təlim

Sentyabrın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  STEAM Mərkəzinin və Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdindəki Təlim-tədris Mərkəzinin təşkilatçılığı ilə “STEAM fənninin tədrisi. STEAM layihələri və texnologiyaları” adlı  təlim keçirilib. 
Təlimi giriş sözü ilə açan ADPU-nun STEAM Mərkəzinin rəhbəri dosent Arzu Daşdəmirov iştirakçıları salamlayaraq ölkəmizdə STEAM fənninin tədrisi ilə bağlı görülən işlər haqqında məlumat verib, daha sonra təlimçiləri iştirakçılara təqdim edib. 
ADPU-nun Fizikanın tədrisi texnologiyası kafedrasının baş müəllimi Gülşən Musayeva “STEAM və onun elmi-pedaqoji əsasları” mövzusunda təlim keçib. Təlimdə iştirakçılara STEAM anlayışı, dünyanın STEAM mənzərəsi və fəlsəfəsi, STEAM fənninin tədrisinin məqsədi və vəzifələri,  STEAM əsaslı dərslərdə innovasiyalar və yeni texnologiyaların tətbiqi haqqında geniş təqdimat edilib. Təlimdə  ali və orta təhsil müəssisələrində çalışan müəllimlər iştirak edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search