Previous Next

ADPU-da 16 ali təhsil və elmi-tədqiqat müəssisəsindən 160-dək iddiaçı üçün doktoranturaya qəbul imtahanları keçirilir

Sentyabr ayının 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəlsəfə doktoru proqramı üzrə 2023-cü il üçün doktoranturaya fəlsəfə fənnindən qəbul imtahanlarının keçirilməsinə başlanılıb. 
Açılış nitqi ilə çıxış edən İmtahan Komissiyasının sədri, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov imtahanların təşkili ilə bağlı Elm və Təhsil Nazirliyinin müvafiq əmrini və imtahanların təşkili qaydalarını diqqətə çatdıraraq, vurğulayıb ki, proses təsdiq olunmuş qaydalar əsasında tam şəffaf şəkildə həyata keçirilir. Prorektor bildirib ki, ADPU-da elmi potensialın inkişafı üçün davamlı tədbirlər görülür.
Sentyabrın 4-dək davam edəcək imtahanlarda Azərbaycan Respublikası Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Bakı Slavyan Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Xəzər Universiteti və Azərbaycan Dillər Universiteti olmaqla ümumilikdə 16 ali təhsil və elmi-tədqiqat müəssisəsindən 160-dək iddiaçı iştirak edəcək.
Qeyd edək ki, Pedaqoji Universitet Bakı şəhərində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya fəlsəfə fənnindən qəbul imtahanlarının keçirildiyi üç ali təhsil müəssisəsindən biridir. İmtahan Komissiyasının tərkibi ADPU və digər ali təhsil müəssisələrinin alimlərindən ibarətdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search