Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 27 Sentyabr – Anım Günü münasibəti ilə Ulu Öndər Heydər Əliyevin universitetin foyesində ucaldılmış abidəsi ziyarət olunub, Vətən uğrunda canlarından keçən şəhidlərimizin və Ulu Öndərin ruhu yad edilib.
Daha sonra Universitet rəhbərliyi auditoriyalarda ADPU-da təhsil alan şəhid ailəsi üzvü olan tələbələrlə görüşüb, şəhidlərimizin hər birimizin qürur yeri olduğu vurğulanıb. Bildirilib ki, hər bir şəhid ailəsi üzvü bizə müqəddəs əmanətdir və Azərbaycan dövləti hər bir şəhid yadigarına ən yüksək qiymət verir. Bu gün separatçılardan tam təmizlənən və çiçəklənən Qarabağ və Şərqi Zəngəzur şəhidlərimizin ruhuna ən ali hədiyyədir.