Previous Next

Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının nümayəndələri ADPU–da olub

Sentyabrın 29–da Rusiya Federasiyasının Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının (RANXiQS) Jurnalistika fakültəsinin dekanı Silkin Vladimir Vladimiroviç, İnformasiya proseslərinin idarə edilməsi kafedrasının professoru Mamedov Nizami Mustafayeviç, Regional idarəetmə kafedrasının dosenti Andreyeva Ludmila Qennadyevna və RANXiQS–in nəzdində Volqoqrad İnstitutunun direktor müavini Almosov Aleksandr Pavloviç ADPU-nu ziyarət ediblər. Görüşə, həmçinin Heydər Əliyev Fondunun nümayəndəsi Müseyib Hayat qatılıb.           Görüşdə ADPU–nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və mütəxəssis Taisa Mamedova iştirak ediblər.            
Görüş zamanı tərəflər təmsil etdikləri universitetlərin tarixi, strukturu, təhsil proqramları barədə bir-birini məlumatlandırıb, qarşı tərəf linqvistik proqramlar üzərində əməkdaşlıq edərək müəllim hazırlığında ADPU-nun dəstək göstərməsində maraqlı olduqlarını bildiriblər. Bundan əlavə, universitetlərarası əlaqələri inkişaf etdirmək və birlikdə məqalələr dərc etdirmək arzusunu ifadə edərək, əməkdaşlığın qarşılıqlı faydalı olacağını vurğulayıblar.                             
Qonaqlar ADPU–nun tədris binası, eləcə də Kitabxana-İnformasiya Mərkəzi və Heydər Əliyev muzeyi ilə tanış olublar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search