Previous Next

ADPU-nun ŞƏKİ filialında “İİV-dən özünü qoru!” mövzusunda maarifləndirici tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “İİV-dən özünü qoru!”  layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən  və  “İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi insanlar arasında infeksion xəstəliklər haqqında maarifləndirmə işi aparmaq və bu cür xəstəliklərin yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsi vasitəsilə zərərin azaldılmasına qismən də olsa, dəstək olmaqdır. 
Tədbirdə təşkilatın təlimçisi Ədilə Cabbarzadə, layihə rəhbəri Füzuli Abıyev ADPU-nun Şəki filialının tələbələrinə infeksion xəstəliklər, onlara yoluxmanın qarşısının alınması haqqında əhatəli məlumat verilib. İnteraktiv formada davam edən tədbir canlı müzakirələrlə yadda qalıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search