Previous Next

Kopenhagen Universitet Kollecinin müəllimləri ADPU-nun qonağı olublar

2-6 oktyabr tarixlərində ERASMUS+ layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası (CTT) kafedrası ilə əməkdaşlıq edən Kopenhagen  Universitet Kollecinin nümayəndələri Peter Mikael Hansen və Marie Ditte Pagaard universitetdə qonaq olub.
Oktyabrın 2-də Tarix və coğrafiya fakültəsinin dekanı dos. Asif Axundov, Azərbaycan coğrafiyası və CTT kafedrasının müdiri dos. Oqtay Alxasov və fakültə əməkdaşları ilə görüşən nümayəndələr fakültənin iş strukturu və fəaliyyəti ilə yaxından tanış olublar. Daha sonra Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə səyahət edərək, Azərbaycanın tarixi haqqında geniş məlumatlar əldə ediblər.
Növbəti gün qonaqlar ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində  Təlim-Tədris mərkəzində “Avropada təhsil” mövzusunda seminarda iştirak edərək, Avropa təhsilinin fərqliliklərindən danışıblar.
Oktyabrın 4-də isə danimarkalı mütəxəssislər ADPU-nun Tarix və coğrafiya fakültəsində tələbələr üçün “Davamlı inkişaf” mövzusunda, sonra isə müəllimlərlə açıq havada keçirilən dərslərlə bağlı seminar təşkil edərək təcrübələrini bölüşmüşlər. 
Oktyabrın 5-də UNESCO-nun mədəni irs siyahısına daxil olan Qobustan Dövlət Tarixi və Bədii Qoruğunu ziyarət edən nümayəndələr daha sonra respublikamıza xas olan palçıq vulkanları ilə yaxından tanış olublar. 
Proqramın sonuncu günü isə Kopenhagen Universitet Kollecinin coğrafiyaçı mütəxəssislərinin Qubaya səfərləri təşkil olunub və səfər çərçivəsində onlar ADPU-nun Quba filialında olublar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search