Oktyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) İqtisadi Əməkdaşlıq Təşkilatının Təhsil İnstitutunun (İƏT Tİ) rəhbərliyi ilə görüş keçirilib. Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, İqtisadi Əməkdaşlıq Təşkilatının Təhsil İnstitutunun prezidenti professor Mehmet Akif Kireçci və İƏT Tİ rəhbərinin protokol müdiri Qonca Biltekin iştirak edib.
İlk növbədə, ADPU-nun rektoru prof. Cəfər Cəfərov və İƏTTİ-nin prezidenti prof. Mehmet Akif Kireçci təmsil etdikləri universitetlər haqqında bir-birlərinə məlumat verdilər.
Görüş zamanı təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, müəllim-tələbə mübadiləsi imkanları, türk dillərinin öyrədilməsi, məqalələrin çapı, birgə konfransların təşkili, müəllim hazırlığında istifadə olunan model və qarşılıqlı maraq doğuran sahələrdə görülə biləcək mümkün işlər barədə bir çox məsələlər müzakirə edildi.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib və qonaqlar ADPU-nun inzibati binası ilə tanış olublar.