Previous Next

ADPU ilə Ankara Sosial Elmlər Universiteti arasında memorandum və ERASMUS+ KA1 müqaviləsi imzalanıb

Oktyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ankara Sosial Elmlər Universitetinin rektoru ilə görüş keçirilib. 
Görüşdə ADPU-nu universitetin rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və şöbənin mütəxəssisi Rufanə Əhmədova, Ankara Sosial Elmlər Universitetini isə rektor prof. Musa Kazım Arıcan,  Xüsusi Katibliyin müdiri Serdar Çalımlı təmsil ediblər. Görüşdə, həmçinin TÜRKSOY-un Muzeylər İttifaqının baş koordinatoru Cavid Mövsümlü də iştirak edib.
Görüşün məqsədi tanışlıq və nəzakət ziyarəti, mümkün əməkdaşlıq əlaqələrinin müzakirəsi və bu çərçivədə əməkdaşlıq protokolunun imzalanmasıdır.
Görüş əsnasında tərəflər təmsil etdikləri ali təhsil müəssisələri haqqında bir-birlərinə ətraflı məlumat verərək əməkdaşlıq imkanlarını müzakirə ediblər.     
Yekunda rektorlar prof. Cəfər Cəfərov və prof. Musa Kazım Arıcan universitetlər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum və ERASMUS+ KA1 çərçivəsində müqavilə imzalayıblar.
Sonra qonaqlar ADPU-nun TÜRKSOY kafedrası ilə tanış olublar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search