Oktyabrın 19-da Türkiyənin Şərqi Aralıq dənizi Universitetinin Siyasət və beynəlxalq əlaqələr fakültəsinin müəllimi, Xalq Partiyasının sədri, Şimali Kipr Türk Respublikasının (ŞKTR) keçmiş xarici işlər naziri professor Qüdrət Özersayın iştirakı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Son qlobal proseslər fonunda ŞKTR və Azərbaycanın əhəmiyyətinin artması, Zəngəzur dəhlizi məsələsində haqlı mövqe” mövzusunda dairəvi masa keçirilib. Görüşdə ADPU-nun rektoru prof. Cəfər Cəfərov, prorektorlar və fakültə rəhbərləri iştirak ediblər.
Rektor prof. Cəfər Cəfərov ilk öncə qonaq haqqında iştirakçıları məlumatlandırıb.
Prof. Qüdrət Özersay çıxışında Şimalı Kipr Türk Respublikasının tarixindən, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyi uğurlardan, işğal altıda olan torpaqlarımızın tamamilə düşmən əsarətindən qurtulmasından, həmçinin Zəngəzur koridorunun əhəmiyyətindən danışıb.
Görüşdən sonra Qüdrət Özersay ADPU-nun inzibati binası ilə tanış oldu.