Oktyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən tələbə təşkilatlarının birgə təşkilatçılığı ilə tanınmış araşdırmaçı və neyromarketinq eksperti Orxan Şahbazın iştirakı ilə “İnsan tanımaq 2.0: inandırma psixologiyası və manipulyasiya” mövzusunda təlim keçirilib.
500 nəfərədək tələbənin iştirak etdiyi təlimdə Orxan Şahbaz insanlarla ünsiyyət qurma, iş prosesində inandırma, manipulyasiya və marketinq manevrlərinin tətbiqinin gənclərin gələcək karyeralarına olan təsirindən bəhs edib.
Dövrümüz üçün aktuallığı ilə seçilən mövzu tələbələrin marağına səbəb olub.
Yekunda təlimçi Orxan Şahbaz tələbələrin suallarını cavablandırıb.