Previous Next

ADPU-nun Quba filialının nümayəndə heyəti ADA Universitetində

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru dosent Yusif Alıyevin rəhbərliyi ilə filialın bir qrup əməkdaş və tələbələrindən ibarət heyət ADA Universitetinə tanışlıq səfəri ediblər. Səfərin əsas məqsədi magistr proqramları və qəbul qaydaları barədə ətraflı məlumat əldə etmək olub.
Tələbə-müəllim heyəti üçün ADA Universitetinin müəllimləri Vəfa Yunusova, Aygün Hüseynli və Abbas Abbasov tərəfindən müxtəlif mözvularda təlimlər keçirilib, maraqlı müzakirələr aparılıb.
Görüş zamanı filial nümayəndələri həm də ADA Universitetində tədris olunan ixtisaslar, tələbə-müəllim mühiti, geniş və müasir kitabxana, akt zalı, innovativ tədris auditoriyaları ilə tanış olub, təcrübə mübadiləsi aparıblar. Filialın direktoru dos. Y.Alıyev və əməkdaşlar Quba filialının son 4 ildə qabaqcıl yerli və beynəlxalq təcrübəni öyrənməkdə maraqlı olduğunu diqqətə çatdırıb, bu səbəbdən də görüşə dəvət üçün ADA Universitetinin rəhbərliyinə və təşkilatçılara öz dərin təşəkkürlərini bildiriblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search