Previous Next

ADPU-da keçirilən “Heydər Əliyev və hüquqi dövlət” hüquq olimpiadasının qalibləri mükafatlandırıldı

Noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və 12 Noyabr – Konstitusiya Günü münasibəti ilə təşkil etdiyi “Heydər Əliyev və hüquqi dövlət” hüquq olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. 
Mükafatlandırılma mərasimində ADPU-nun rəhbərliyi, Konstitusiya Məhkəməsinin nümayəndələri, universitetin struktur rəhbərləri və tələbələr iştirak ediblər. 
Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin Universitetin foyesində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub, “Zəfər guşəsi” və ADPU-nun Heydər Əliyev Muzeyi ziyarət olunub.
Dövlət Himninin ifa olunması və Ulu Öndərin və vətən uğrunda canlarından keçən şəhidlərin xatirələrinin yad edilməsi ilə başlayan tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov əsası Heydər Əliyev tərəfindən qoyulan hüquqi dövlət quruculuğu ilə bağlı geniş nitq söyləyib, gənclərin hüquqi dünyagörüşlərinin artırılmasının vacibliyini vurğulayıb.
Rektor Konstitusiya Məhkəməsinə belə ictimai faydalı və stimullaşdırıcı təşəbbüs üçün təşəkkürünü bildirərək olimpiada qaliblərini təbrik edib.
Çıxış edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ şöbəsinin müdiri, III dərəcəli dövlət qulluğu müşaviri Dürdanə  Məmmədova Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin olimpiada iştirakçılarına müraciətini oxuyub və qeyd edib ki, qurum tərəfindən gənclər arasında konstitusion dəyərlərin təbliği məqsədi ilə ənənəvi olaraq olimpiadalar təşkil olunur, maarifləndirmə işləri aparılır. 
Daha sonra Universitet üzrə 134 tələbənin qatıldığı olimpiadada yüksək nəticə göstərərək, I yeri tutan Kimya və biologiya fakültəsinin tələbəsi Aysel Firuz qızı Əmirova, II yeri tutan Kimya və biologiya fakültəsinin tələbəsi Həzrə Firuz qızı Əmirova, III yeri tutan Tarix və coğrafiya fakültəsinin tələbəsi Anar Mehman oğlu Əlizadə və fərqlənən 15 nəfər tələbə diplom və hədiyyələrlə təltif edilib.
Qeyd edək ki, olimpiadada I və II yeri tutan Kimya və biologiya fakültəsinin tələbələri Aysel və Həzrə eyni ixtisasda təhsil alan bacılardır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search