Previous Next

ADPU-nun Ağcabədi filialında 9 Noyabr – Dövlət Bayrağı Günü qeyd olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Filialın professor-müəllim heyəti və Pedaqoji fakültənin tələbələrinin iştirak etdiyi tədbiri giriş nitqi ilə açan filialın direktoru, dosent Mobil Məcidov  Azərbaycanın müstəqillik rəmzi olan Dövlət Bayrağının yaranma tarixindən danışıb. O, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə təsis edildiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisində AXC-nin bayrağı qaldırılıb. Bununla da, üçrəngli bayrağımız həyata yenidən vəsiqə qazanıb. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Tədbirdə  məruzə edən filialın İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, t.ü.f.d. Anar Kərimli milli dövlət atributlarından olan müqəddəs Azərbaycan bayrağının müasir cəmiyyətdə yeri və rolu, onun mənəvi, siyasi-ideoloji əhəmiyyəti və dövlət rəmzlərinin gənc nəslin formalaşdırılmasındakı əhəmiyyətli mövqeyini vurğulayıb.
Tədbirin sonunda Bayraq Gününün mahiyyəti, yaranma tarixi və əhəmiyyətini əks etdirən slaydlar nüşayiş etdirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search