Previous Next

İbtidai təhsil fakültəsində Zəfər Günü ilə bağlı növbəti tədbir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsində  Zəfər Günü  ilə bağlı “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib. Tədbirdə İbtidai təhsil fakültəsinin dekanı, professor Qızxanım Qəhrəmanova, Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedra  müdiri, professor Əbülfət Pələngov, dekan müavinləri, fakültənin professor-müəllim heyəti, Milli Qəhrəman Şükür Həmidovun və  şəhid Xansu Qurbanovun ailə üzvləri, elcə də tələbələr iştirak edib.  
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib. Tədbirdə İbtidai təhsil fakültəsinin tələbələri tərəfindən şeirlər, rəqslər və kompozisiyalar təqdim olunub.
Tədbirin sonunda fakültə dekanı prof. Q.Qəhrəmanova çıxış edərək qeyd etdi ki, Ali Baş Komandan cənab İlham Əliyev və qəhrəman Azərbaycan Ordusunun qazandığı böyük Zəfər dünya hərb tarixində Azərbaycanın təkrarsız qalibiyyət nümunəsini yaradıb. Milli Qəhrəman Şükür Həmidovun qızı, fakültənin tələbəsi Əzizə Həmidova və şəhid Xansu Qurbanovun bacısı Xatun İsmayıllı təəssüratlarını bölüşərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə universitet və fakültə rəhbərliyinə təşəkkürlərini bildirdilər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search