Previous Next

Bayrağımız dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir - ADPU-nun Quba filialında tədbir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  Quba filialında 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayrağımız dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş videoçarx izlənilib.
Filialın II tədris ilinin tələbəsi Tutu Bağırovanın moderatorluğu ilə davam edən tədbirdə direktor köməkçisi, Humanitar və sosial elmlər fakültəsinin dekanı Mürvət Əliyev, Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva və Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev geniş məruzələrlə çıxış ediblər.
Daha sonra II tədris ilinin tələbəsi Nəzrin Hacıyevanın bədii rəhbərliyi ilə tələbələr tərəfindən hazırlanan şeir, çıxış və musiqi nömrələri səsləndirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search