Previous Next

ADPU-da ictimaiyyətlə əlaqələr və marketinq üzrə təcrübə proqramına start verilib

Noyabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin tərkibində fəaliyyətə başlayan tələbələr üçün təcrübə proqramının açılışı olub.
Tədbirdə şöbənin müdiri, ADPU-nun mətbuat katibi Cavid Hüseynov, redaktor Taleh Mirzəyev, dizayner Elvin Vahidov və “ADPU TV”nin rəhbəri Raman İsmayılov içtirakçılara proqram haqqında ətraflı məlumat veriblər.
Keçirilmiş müsahibələr nəticəsində proqrama müraciət etmiş 200 nəfərdən çox tələbə arasından seçilmiş 50-dək iştirakçı qarşıdakı 6 ay müddətində Pedaqoji Universitetin rəsmi saytı, “Gənc müəllim” qəzeti, sosial media hesabları, “ADPU TV” yutub kanalının işinə cəlb olunacaq, əməkdaşlar tərəfindən təhsil mediası, ictimaiyyətlə əlaqələr və daxil olan sorğuların cavablandırılması, press-relizlərin yazılması, dizayn-montaj işləri, habelə aparıcılıq, müxbirlik və aktyorluq haqqında biliklərini genişləndirəcək, praktik layihələrin icraçılarına çeviriləcəklər.
Proqramı uğurla tamamlayan iştirakçılara rəsmi sertifikatlar təqdim olunacaq.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search