Previous Next

Pedaqoji Universitetin dövri-elmi jurnallarının məhsuldarlıq səviyyələrinin artırılması istiqamətində Əməkdaşlıq Müqaviləsi imzalandı

Noyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Qlobal əməkdaşlıq və analitik araşdırmalar mərkəzi” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə İSSN Agentliyinin əlaqələndiricisi, “Qlobal əməkdaşlıq və analitik araşdırmalar mərkəzi” İctimai Birliyinin sədri Xəyalə Məmmədova, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynov iştirak edib. 
Rektor Cəfər Cəfərov qonağa universitet haqqında geniş məlumat verərək, elmi-pedaqoji potensial və prespektivlərdən söz açıb. 
Sədr Xəyalə Məmmədova beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi və genişləndirilməsi barədə fikirlərini bildirərək, qarşıdakı dövr ərzində ADPU ilə rəqəmsallaşma və dövri-elmi jurnalların saytlarının təkmilləşdirilməsi prosesində geniş əməkdaşlıq prespektivlərini qeyd edib. 
Çıxış edən prorektor Asəf Zamanov son illərdə Pedaqoji Universitetdə 6 dövri-elmi jurnalın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Prorektor bildirib ki, jurnallar əsas elmi nəşrlərin nəticələrinin dərc olunması üçün tövsiyə olunan dövri-elmi nəşrlər sırasına daxildir. Qeyd olunub ki, universitetdə dövri-elmi nəşrlərin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün rəqəmsallaşmaya ehtiyac var.
Daha sonra ADPU-nun dövri-elmi nəşrlərindən “Pedaqoji Universitetin xəbərləri. Riyaziyyat və təbiət elmləri seriyası” və “Pedaqoji Universitetin xəbərləri. Hümanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası” dövri-elmi jurnallarına Rəqəmsal Obyekt İdentifikator (DOİ) nömrə təminatı,  elmin tədqiqi , elmi nəşrlərin məhsuldarlıq səviyyələrinin artırılması istiqamətində ikitərəfli əməkdaşlıq  müqaviləsi imzalanıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search