Previous Next

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında milli kimliyə qayıdış və dəyərlərin yenidən işlənilməsi” – Şamaxıda seminar

ADPU-nun Şamaxı filialında Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Türkan Hüseynovanın təqdimatında “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında milli kimliyə qayıdış və dəyərlərin yenidən işlənilməsi” mövzusunda elmi-praktik seminar keçirildi. 
Tədris və elmi işlər üzrə direktor müavini, f.ü.f.d. Şasəddin Mikayılov tədbir iştirakçılarını salamlayaraq elmi seminarın işinə uğurlar arzuladı. O, Ulu Öndər Heydər Əliyevin ədəbiyyatın inkişafında rolundan söz açaraq, Ümummilli Liderin ədəbiyyatı dövlət siyasətinin üzvi tərkib hissəsi səviyyəsində qəbul etməsindən və bu tükənməz xəzinədən milli siyasətin həyata keçirilməsində bacarıqla və yaradıcı şəkildə faydalanan dövlət xadimi olmasından bəhs elədi.
Seminarda Azərbaycan ədəbiyyatının ən aktual problemlərindən olan milli kimlik və müasir dünyada bu məsələnin bədii ədəbiyyatda əksi  haqqında danışıldı.
Sosial və xüsusi fənlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov və Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, f.ü.f.d. Eyvaz Eminalıyev mövzunun aktuallığını vurğulayaraq, spikerə bu istiqamətdə araşdırmalarında müvəffəqiyyət arzuladılar. 
Seminar diskussiya formasında davam etdirildi.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search