Previous Next

ADPU ilə Ürgənc Dövlət Pedaqoji İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Noyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Özbəkistanın Ürgənc Dövlət Pedaqoji İnstitutunun rektoru, pedaqoji elmlər doktoru, dosent Feruza Madrahimova, Pedaqoji fakültənin dekanı, professor Elyor Nabiyev, Özbək, rus dili ədəbiyatı kafedrasının müdiri Marquba Matquliyeva, həmçinin baş iqamətgahı Türkiyədə yerləşən Beynəlxalq BZT Akademiyasının təsisçisi və sədri Baha Ahmet Yılmaz, eyni zamanda Akademiyanın Qafqaz və Orta Asiya üzrə rəhbəri, AMEA-nın əməkdaşı Ferahila Şükürova ADPU-nu ziyarət ediblər. 
Nümayəndə heyəti ADPU-nun rektoru, professor Cəfər Cəfərov və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova ilə görüşüblər. Görüşdə həmçinin Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Nurəngiz Mahmudova iştirak edib. 
Görüş zamanı ortaq tarixi, dili və dini olan türkdilli dövlətlərin ali məktəbləri arasında əlaqələrin  önəmi vurğulanıb. ADPU və Özbəkistan universitetləri arasında mövcud əlaqələrdən danışılıb, elmi əlaqələrin qurulması, akademik heyətin və tələbələrin qarşılıqlı mübadiləsi perspektivləri müzakirə olunub.  Görüşdə,  həmçinin türkdilli ölkələrin universitetləri arasında şeir müsabiqəsinin təşkili və ADPU ilə Ürgənc İnstitutunun müəllimləri arasında metodika mübadiləsi  kimi təkliflər irəli sürülüb. 
Görüşün sonunda universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalanıb və tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search