Previous Next

ADPU-nun Quba filialının aliminin məqaləsi ABŞ-də dərc olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Ədəbiyyat və dillər kafedrasının müəllimi Sərxan Cəfərovun daha bir məqaləsi ABŞ-nin Florida ştatında nəşr olunan Scopus indeksli, Q2 kvartilli “Hüquq və davamlı inkişaf” jurnalında dərc olunub.
“3-cü nəsil universitetlərinin təhsil siyasəti” (“Education Policy of 3RD Generation Universities”) adlı məqalədə universitetlərin tarixən keçdiyi inkişaf yoluna qısa nəzər salınaraq yeni nəsil universitetlərin qarşısında duran əsas hədəflər (o cümlədən Azərbaycan təcrübəsində) təhlil edilmiş, həmçinin indiki və gələcəyin universitetlərinin beş modeli təqdim olunmuşdur.
Məqalədə qeyd olunur ki, inkişafın müasir anatomiyası hər bir cəmiyyətin tərəqqisi, rifah halı, rəqabətlilik immuniteti, eləcə də, həmin sosiumun biliklər iqtisadiyyatına verə bildiyi töhfə, yeni texnologiyalara sahiblənmə əmsalı ilə bağlıdır. Zamanın çağırışı budur ki, müasir dövrdə keyfiyyətli insan gücü yetişdirən, elmi araşdırma fəaliyyəti yürüdən və toplumun əsas  inkişaf alqoritmlərini ifadə edən başlıca təsisatlar universitetlərdir. Son 20-30 il ərzində dünyanın inkişaf etmiş ölkələri yeni nəsil universitetlərinə (3.0 konsepti) transformasiya islahatları  aparıb. Bir tərəfdən toplumun ali təhsil qarşısında artan və çeşidlənən  tələblərinə cavab vermək, digər tərəfdən  qloballaşmanın fürsət və təhdidlərini qarşılamaq bu islahatların əsas fəlsəfi mahiyyətini təşkil edib.
Məqalənin tam variantı ilə  https://ojs.journalsdg.org/jlss/article/view/1670/840 keçidi vasitəsi ilə tanış olmaq olar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search