Previous Next

ADPU-nun əməkdaşları İspaniyada təlimdə iştirak ediblər

13-17 noyabr tarixlərində “Erasmus+” proqramı üzrə həyata keçirilən “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) layihəsi çərçivəsində İspaniyanın Mursiya şəhərində təlimlər təşkil olunub. Təlimlər layihənin tərəfdaşı Mursiya Katolik Universitetinin təşkilatçılığı və ev sahibliyi ilə keçirilib. 
Proqram çərçivəsində Azərbaycan universitetlərində də tətbiqi nəzərdə tutulan keyfiyyətə nəzarət siyasəti, institusional səviyyədə həyata keçiriləcək fəaliyyətlər, layihənin qarşısında duran tapşırıqlar müzakirə olunub, keyfiyyət meyarlarının pilot olaraq sınaqdan keçirilməsi tövsiyə edilib.          
Açılış mərasimində layihənin koordinatoru olan Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin baş icraçı direktoru Maggie Feng, Mursiya Katolik Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Pablo Blesa Aledo və beynəlmiləlləşmə üzrə fakültə koordinatoru, tədqiqatçı və lektor Katrin Schuette salamlama nitqi ilə çıxış edib və layihənin benefisiar universietelərə töhfələri barədə danışıblar.    
Təlim səfərində Azərbaycan Respublikasının Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetinin nümayəndələri ilə yanaşı Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti də - tədris işləri üzrə prorektor Eldar Aslanov, ümumi işlər üzrə prorektor Tural Cəlilov, rektor müşaviri Ümid Mehdiyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və Keyfiyyət təminatı şöbəsinin müdiri Qalib Şərifov iştirak ediblər.                     
Qeyd edək ki, ADPU 2021-ci ildən bu layihədə tərəfdaş qismində iştirak edir və sözügedən görüş IQAinAR layihəsinin ilk idarəedici görüşüdür.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search