Previous Next

ADPU-da ilkin tibbi yardımla bağlı praktik təlim keçirilib

Noyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ADPU və 1 nömrəli Bakı Tibb Kollecinin tələbə gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə "İlkin tibbi yardım" mövzusunda praktik təlim keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən ADPU TGT sədri Təhmasib İmaməliyev günümüzdə ən aktual məsələlərdən biri olan ilkin tibbi yardımın düzgün və yerində aparılmasının insan həyatının xilas olunması üçün çox vacib addımlardan biri olduğunu bildirib. 
Çııxış edən 1 №-li BBTK TGT sədri Elnur Həsənbəyli öz nitqində vurğulamışdır ki, günümüzdə baş verən bir çox hadisələr zərərçəkmiş şəxsə ilkin tibbi yardımın düzgün edilməməsi səbəbindən ölüm ilə nəticələnir. Qeyd olunub ki, təlimin məqsədi əhəmiyyətli və hamı tərəfindən bilinməsi vacib olan ilkin tibbi yardım qaydalarının praktik olaraq göstərilməsi və sualların cavablandırılmasıdır.
Böyüklərdə və körpələrdə təməl həyat dəstəyindən bəhs edən Kollec tələbələrindən ibarət təlimçilər ilk olaraq nələr etməli olduğumuzu diqqətimizə çatdırıb, ürək masajı və süni tənəffüsün verilməsi əyani şəkildə göstərilib. Qida tıxanması, boğulma kimi hallarda böyüklərə və körpələrə düzgün ilkin tibbi yardımın göstərilməsi diqqətə çatdırılıb. Habelə, təlimdə venoz və arterial qanaxma zamanı edilməli olan ilkin tibbi müdaxilə, epilektpik tutma və bayılma zamanı edilməli prosedurlar əyani olaraq tələbələrin diqqətinə çatdırılıb.
Sonda suallar cavablandırılıb və iştirakçılar ilkin tibbi yardım qaydalarını praktik olaraq tətbiq ediblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search