Previous Next

ADPU-nun Quba filialının komandası startap layihəsində III oldu

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin tərəfdaşlığı və Yeni fikir MMC-nin əməkdaşlığı ilə keçirilən “Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı” layihəsi çərçivəsində İsmayıllı rayonunda startap ideyaları ilə fərqlənən komandaların layihələrinin sərgisi keçirilib.
Bu mərhələyə Pedaqoji Universitetin (ADPU) Quba filialı 6 komanda ilə qatılıb, onlardan 3-ü finala yüksəlib və bir layihə qaliblər sıradında yer alıb. 
Qalib olan “Ubay” startup layihəsinin rəhbəri filialın İKT şöbəsinin müdiri Yusif Abayev, proqram meneceri p.f.d. Aysel Şeydayeva, satış meneceri Hikmət Musayev, İT mütəxəssisi Rafael Abayevdir. 
Komanda ilk mərhələdə 28, finalda isə 12 komanda içərisindən III yerə çıxıb, sertifikat və qiymətli hədiyyələrlə təltif ediliblər.
Qeyd edək ki, yarışda Dağlıq Şirvan və Quba-Xaçmaz iqtisadi rayonlarından olan komandalar mübarizə aparıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search