30 noyabr - 01 dekabr tarixlərində ADPU-nun Şəki filialında Keyfiyyət komissiyasının növbəti iclasları keçirilib. Hər iki iclasda 2024-cü ildə baş tutacaq "İbtidai sinif müəllimliyi" ixtisasının proqram akkreditasiyası ilə bağlı daxil olmuş sənədlər müzakirə edilib.
İclasda Keyfiyyətin təminatı şöbəsinin müdiri Nərminə Nəsrullayeva proqram akkreditasiyası haqqında təlimat, özünütəhlil sənədi və formaların izahı ilə bağlı təqdimat edib. Komissiya üzvləri təlimatlara əsasən proqram akkreditasiyasının Təşkilat Komitəsinin tərkibinin müəyyən olunması ilə bağlı öz təkliflərini irəli sürüblər. Təqdim olunmuş formalar aidiyyəti strukturlara yönləndirilib və onların hazırlanması ilə bağlı rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi tarixləri dəqiqləşdirilib. Növbəti iclasda Təşkilat Komitəsinin fəaliyyət planı və görülmüş hazırlıq işlərinin son vəziyyətinin müzakirə olunması qərara alınıb.