Previous Next

ADPU-nun Quba filialında keçirilən STEAM dərsləri tələbələri praktik fəaliyyətə hazırlayır

Dekabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Tələbə, məzun və karyera şöbəsinin müdiri, Riyaziyyat və informatika kafedrasının müəllimi Hikmət Musayevin rəhbərliyi ilə RM2101B qrupunun növbəti STEAM dərsi Quba Fizika, riyaziyyat və informatika təmayüllü liseyində (FRİTL) keçirilib.
STEAM dərsləri praktik, yeni metodologiyalar əsasında öyrədilir. Təhsilalanlarda yaradıcı, yeni texnologiyalardan istifadə etmək bacarıqlarını formalaşdırmaq məqsədilə STEAM dərslərinin tədrisi vacib və zəruridir. ADPU-nun Quba filialı və Quba FRİTL-in birgə layihəsi olan belə əməkdaşlıq dərsləri istər tələbələr, istərsə də şagirdlər üçün olduqca maraqlıdır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search