Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Ümumi pedaqogika kafedrasının dosenti, fəlsəfə elmləri doktoru Müslüm Nəzərovun “Philosophical problems of science and education in postindustrial society” (“Postsənaye cəmiyyətində elm və təhsilin fəlsəfi problemləri”) adlı monoqrafiyası (sayca 4-cü monoqrafiyası) Almaniyanın “LAP LAMBERT” Akademik Nəşriyyatı (2023-cü il, 448 s.) tərəfindən ingilis, alman, italyan, portuqal, fransız və rus dillərində nəşr olunub.
Monoqrafiyada sosial-fəlsəfi və pedaqoji proses kimi təhsilin mahiyyəti və formalarından, müasir təhsil modellərindən, onun formalarından, təhsilin sosial əsaslarından və sosial inkişafının xüsusiyyətlərindən, postsənaye cəmiyyətində təhsil mədəniyyətinin formalaşmasından, təhsilin müasir fəlsəfi problemləri, cəmiyyətin və təhsilin inkişaf amillərindən bəhs edilir.
Monoqrafiya müəllimlər, magistrantlar, doktorantlar və tədqiqatçılar üçün nəzərdə tutulub.
Xatırladaq ki, buna qədər də müəllifin bir neçə monoqrafiyası və əsərləri Azərbaycanda və xarici ölkələrdə nəşr olunub.