Previous Next

ADPU-nun 3 tələbəsi "Heydər Əliyev adına təqaüd"ə layiq görülüb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3 tələbəsi - Riyaziyyat fakültəsinin "Riyaziyyat və informatika müəllimliyi" ixtisasının II kurs tələbəsi Tağızadə Zümrüd Cəbrayıl qızı, SABAH qruplarının "Riyaziyyat və informatika müəllimliyi" ixtisasının IV kurs tələbəsi Məmmədova Nuray Məhər qızı və İbtidai təhsil fakültəsinin "İbtidai sinif müəllimliyi" ixtisasının IV kurs tələbəsi Rzazadə Ləman Mehti qızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2023-cü il tarixli 3940 nömrəli Sərəncamı ilə təsis edilmiş "Heydər Əliyev adına təqaüd"ə layiq görülüblər.
Dekabrın 16-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında müxtəlif ali təhsil müəssisələrində təhsil alan ən yüksək təhsil göstəriciləri olan 100 nəfər tələbəyə "Heydər Əliyev adına təqaüd"ün təqdimetmə mərasimi keçirilib.
Qeyd edək ki, ilk dəfə təqdim edilən bu təqaüd ölkə üzrə bakalavriat səviyyəsində təhsil alan və ən yüksək təhsil göstəriciləri olan 100 nəfər tələbəyə verilir. 3000 AZN dəyərindəki "Heydər Əliyev adına təqaüd" birdəfəlik qaydada verilir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search