Previous Next

Bakı məktəbliləri Pedaqoji Universitetdə ekskursiyada olublar

Dekabrın 25-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı universitet-məktəb əlaqələrinin tənzimlənməsi çərçivəsində Bakı şəhərində yerləşən 119 və 215 nömrəli tam orta məktəbin kimya müəllimləri Azadə Hənifəyeva və Vəfa Kərimli həvəskar şagirdləri ilə birgə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ekskursiyada olublar. 
Məktəb kollektivlərini Universitetin Tədris Departamentinin Məzun Koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova və Kimya və biologiya fakültəsinin baş müəllimi Rumiyyə Camalova qarşılamış, şagirdlərlə görüşən elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Tədris Departamentinin müdiri, dosent Sənan Əliyev, Kimya və biologiya fakültəsinin dekanı, dosent Reyhan Ağayeva, dekan müavini, dosent Kərim Quliyev və kafedra müdiri, dosent Kəmalə İskəndərova öz tövsiyələrini vermiş, onlara uğurlar arzulayaraq,  motivasiya xarakterli çıxışlar edərək, şagirdlərə kitablar hədiyyə ediblər. 
Daha sonra şagirdlər Universitetin Kitabxana-İnformasiya Mərkəzi, kimya laboratoriyaları və Zoologiya muzeyi ilə tanış olub, baş müəllim Rumiyyə Camalovanın mühazirəsində iştirak ediblər. 
Ekskursiya çərçivəsində şagirdlərlə həmsöhbət olan tələbələr Pedaqoji Universiteti seçmələri ilə bağlı maraqlı təəssüratlarını bölüşüblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search