Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxana-İnformasiya Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi ilə bağlı kitab sərgisi təkşil olunub.
Sərgidə Azərbaycan Xalq Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadənin ədəbi-publisistik və ictimai-siyasi irsi ilə bağlı kitabxananın fondunda mövcud olan əsərlər gün boyu ziyarətçilərə nümayiş olunur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli 4249 nömrəli Sərəncam imzalayıb.