Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Ümumi pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Emilya Hüseynovanın “Active citizenship in students education of position” (“Şagirdlərdə fəal vətəndaşlıq mövqeyinin tərbiyə olunması”) adlı monoqrafiyası Almaniyanın “Lap Lambert Academic Publishing” (2024-cü il, 205 s.) nəşriyyatı tərəfindən 6 dildə, o cümlədən alman, italyan, rus, fransız, ingilis dillərində nəşr olunub.
Monoqrafiyada X-XI sinif şagirdlərində fəal vətəndaşlıq tərbiyəsi probleminin nəzəri əsaslarından, şagirdlərin fəal vətəndaşlıq mövqeyi tutmasının imkanları və səmərəli yollarından, tədris prosesi, eləcə də sinifdənkənar və məktəbdənkənar fəaliyyətləri zamanı onlarda fəal vətəndaşlıq mövqeyinin tərbiyə olunmasının inkişaf amillərindən bəhs edilir.
Monoqrafiya müəllimlər, dissertantlar, doktorantlar və tədqiqatçılar üçün nəzərdə tutulub.