Previous Next

ADPU VrinVET Erasmus+ layihəsi çərçivəsində Nevşehir Hacı Bektaş Veli Universiteti ilə tərəfdaşlığa başlayıb

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) “Virtual reallıq və innovasiyalar vasitəsilə peşə təhsilinin və təlimin keyfiyyətinin artırılması” (VrinVET) adlı Erasmus+ layihəsi çərçivəsində Türkiyə Respublikasının Nevşehir Hacı Bektaş Veli Universiteti (NEVU) ilə tərəfdaşlığa başlayıb.
13-14 fevral tarixlərində Nevşehir Hacı Bektaş Veli Universitetində VrinVET layihəsi çərçivəsində tərəfdaşların ilk idarəedici görüşü baş tutub. Erasmus+ proqramı çərçivəsində icra olunacaq layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Layihənin əsas məqsədi məktəb rəhbərlərinə, pedaqoqlara, müəllimlərə və tələbələrə XXI əsrin təhsil texnologiyalarından yaradıcı və səmərəli şəkildə istifadənin öyrədilməsi və həvəsləndirmədir. 
Görüşdə Türkiyə, Azərbaycan, Albaniya, Əlcəzair, Yunanıstan, İtaliya və Polşadan olan nümayəndələr iştirak ediblər. Layihə çərçivəsində baş tutmuş səfərdə ADPU-nu Xarici Dillər Mərkəzinin baş müəllimləri Yasəmən Babayeva və Jalə Səmədova təmsil ediblər. 
Görüşün açılış hissəsində NEVU rektoru, professor Semih Aktekin layihə tərəfdaşlarını salamlayaraq giriş nitqi ilə çıxış edib. Daha sonra layihə rəhbəri, professor Mustafa Hilmi Çolakoğlu layihə və universitet haqqında geniş məlumat verib. Həmçinin Yunanıstan və Albaniyadan olan layihə menecerləri də layihədə görülmüş və görüləcək işlər və layihəyə ayrılmış büdcə haqqında məlumat veriblər. Növbəti gün isə nümayəndələr texnoparka səfər edərək layihədə istifadə olunacaq VR gözlüklər və cihazlarla əyani şəkildə tanış olublar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search