Previous Next

ADPU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

Fevralın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib. 
AMEA, BDU, SDU və digər universitetlərin əməkdaşaları, ADPU-nun dekanları, kafedra və şöbə müdirləri, eləcə də tələbələrin iştirak etdikləri tədbirdə, əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilıb və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova tədbirdə açılış nitqi ilə çıxış edərək dünyada müqəddəs sayılan 3 şeyin vətən, ana və dil olduğunu vurğulayıb, dilin hər bir insanın mənəviyyatını qoruyan başlıca amil, ananın övladına əmanət etdiyi dili qorumağın hər birimizin borcu olduğunu diqqətə çatdırıb. 
    ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova çıxışında, əvvəlcə, Ali Baş Komandan cənab İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik etmiş, onun zəkası və şəhidlərimizin şücaəti sayəsində xalqımızın 44 günlük müharibədə qələbə qazandığını qeyd edib.
Daha sonra natiq Ümummilli Lider Heydər Əliyevin fikirlərindən sitat gətirərək öz ana dilini bilməyənlərin şikəst adamlar olduğunu söyləyib, hər bir vətəndaşın öz ana dilini bilməsinin vacib olduğunu deyib.
    Daha sonra dahi şəxsiyyətlərin ana dili, türk dili haqqında söylədiyi kəlamların səsləndirildiyi videoçarx nümayiş olunub.
    Çıxış edənlərdən fakültənin Azərbaycan dilinin tədrisi texnologiyası kafedrasının professoru, fil.e.d. Vaqif Qurbanov ana dilimizin tarixi barədə nitq söyləmiş, F.Köçərli, M.Mahmudbəyovun ana dilimizin inkişafı üçün həyata keçirdiyi addımlardan söz açmışdır.
    Mirzəli Qəmbərovun təqdimatında “Ana yurdum” mahnısı təqdim olunduqdan sonra “Meh” ədəbi dərnəyinin üzvləri Könül Haqverdiyeva və Könül Babayeva Bəxtiyar Vahabzadənin “Ana dilim” şeirini səsləndiriblər. 
    Müasir Azərbaycan dili kafedrasının müəllimi Nərmin Mehdiyeva çıxışında dilimizin uzun illər boyu yad təsirlərə məruz qalmasına baxmayaraq öz saflığını itirməyərək müasir dövrə gəlib çıxdığını vurğulayıb.
    Əli Həsənovun ifasında “Mənim Azərbaycanım” mahnısı səsləndikdən sonra “Meh” ədəbi dərnəyinin üzvləri Cəlil Məmmədquluzadənin “Anamın Kitabı” əsərindən səhnəcik göstərmiş, “Ana dilim” mahnısını ifa etmişlər. Daha sonra Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifasında  Emin Sabitoğlunun “Şirin dil” mahnısı səsləndirilib, ADPU-nun əcnəbi tələbələri isə Azərbaycan dilinə olan sevgilərini bu dildə müxtəlif şeirlər səsləndirərək bildiriblər. 
Tədbirin sonunda ADPU-nun rektoru, prof. Cəfər Cəfərov ölkə elm və təhsilində xidmətləri olan bir qrup alim və ziyalıya “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” yubiley medalını təqdim edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search