Bildiririk ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının 6 tələbəsi fevralın 21-dən 22-ə keçən gecə Şəki şəhəri Könül Qəhrəmənova küçəsindəki kirayə qaldıqları fərdi yaşayış evində dəm qazından zəhərləniblər.
Tələbələr 2006-cı il təvəllüdlü Rəvan Hətəmxan oğlu Xavəvi, 2005-ci il təvəllüdlü Kamil Qabil oğlu Məmmədli, 2005-ci il təvəllüdlü Ülvi Mirverdi oğlu Bəbirbəyli, 2003-cü il təvəllüdlü Musallif Qılman oğlu Bəşirov, 2006-cı il təvəllüdlü Emil Nuşiravan oğlu Məmmədov və 2002-ci il təvəllüdlü İmran Azadoviç Adimov dəm qazından zəhərlənmə əlamətləri ilə Təcili Tibbi Yardım briqadasının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Onlara xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş olduğu üçün evə buraxılıblar.
Hazırda tələbələrdən səhhətləri daha yaxşı olan iki nəfəri ADPU-nun Şəki filialında dərslərində iştirak edir