Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzi tərəfindən 20-22 fevral tarixlərində ADPU-nun Şamaxı filialında üç günlük tütorluq təlimi təşkil olunub.
Təlim Təlim-Tədris Mərkəzinin müdiri, p.ü.f.d. Xalidə Həmidova, ADPU-nun Azərbaycan tarixi kafedrasının müəllimi Günel Əmilova və Bexterev adına Psixatriya və Nevrologiya İnstitutunun klinik psixoloqu Şərafət Şirinli tərəfindən keçirilib.