Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Ədəbiyyat və dillər kafedrasının müəllimi Aytən Seyidova xarici dil müəllimliyi ixtisasında tədris etdiyi Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən "Rəsmi- işgüzar sənədlər və onların hazırlanması” mövzusu üzrə praktik dərs təşkil edib.
Əvvəlcə, dərs prosesində mövzu nəzəri cəhətdən izah edilib, rəsmi sənədlərin tərtibi qaydaları nümayiş olunub. Daha sonra isə tələbələr Tədris şöbəsi, İnsan resursları və kargüzarlıq şöbəsi və Kitabxana və elektron resusrlar şöbəsində praktik şəkildə sənədlərlə tanış olub, onların filialdakı dövriyyəsi ilə bağlı maraqlı məlumatlar əldə ediblər.