Martın 30-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) nəzdində fəaliyyət göstərən Dil dərnəyində tələbələr üçün ingilis dili dərslərinə start verilib.
İlk dərs Filologiya fakültəsinin tələbəsi Aybəniz Qarayeva tərəfindən keçirilib. Dərsdə 20 tələbə iştirak edib.
Layihənin məqsədi tələbələrin asudə vaxtlarını faydalı şəkildə, öyrənərək keçirmələrinə dəstək olmaq, tələbənin tələbəyə dəstəyi prinsipi əsasında qarşılıqlı öyrənməni təşviq etməkdir.
Layihə çərçivəsində, martın 30-da, eyni zamanda təşkilatın Musiqi dərnəyində piano dərslərinin növbəti məşğələsi keçirilib.
Piano dərsləri Məktəbəqədər təhsil fakültəsinin tələbəsi Aydan Süleymanlı və ADPU SABAH qruplarının tələbəsi Zeynəb Cəfərli tərəfindən 2 qrupda keçirilir.
Dərs zamanı tələbələrə musiqi bilikləri və notlar barədə geniş məlumat verilib.