Previous Next

ADPU THİK 31 Mart soyqırımına həsr olunmuş esse müsabiqəsi keçirib

Martın 30-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) nəzdində fəaliyyət göstərən Gənc Yazarlar Klubunun təşkilatçılığı ilə tələbələr arasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş esse müsabiqəsi keçirilib. 
Esse müsabiqəsinin keçirilməsində məqsəd tələbələrdə vətənpərvərlik ruhunu gücləndirmək, onları tariximizi dərindən öyrənməyə təşviq etmək və tarixi həqiqətlərə ictimai münasibət sərgiləmə mədəniyyətinin inkişafına dəstək olmaqdır. 
Müsabiqəyə təqdim olunan esselərin qiymətləndirilməsi Gənc Yazarlar Klubunun yaratdığı komissiya tərəfindən həyata keçirilib. 
Esse müsabiqəsinin nəticələri 31 mart tarixində ADPU THİK-nın rəsmi sosial media platformaları vasitəsi ilə elan olunub. Aprel ayının 4-də qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search