Previous Next

Pedaqoji Universitetdə “Təhsildə ekoloji tərbiyə” mövzusunda tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH mərkəzinin  təşkilatçılığı ilə  “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş "Təhsildə ekoloji tərbiyə" mövzusunda tədbir keçirilib.
Tədbirin gedişində İBT201S qrupunun tələbələri ekologiyaya dair sərgi, təbiətə həsr olunmuş rəqs və şeirlər təqdim ediblər. 
Daha sonra tədbirin qonağı olan ADPU SABAH məzunu, Hədəf STEAM liseyinin Abşeron filialının ibtidai sinif, təlim-tərbiyə və tədris işləri üzrə müdir müavini Mətanət Hüseynova çıxış edərək,  təhsildə ekoloji tərbiyənin təşkili və istifadə olunan metodlardan bəhs edib. 
Eyni zamanda, dosent Elnurə Səfərova və Mətanət Hüseynova ilə birgə  İBT201S qrup tələbələri ilə açıq dərs keçirilib. Dərs STEAM modeli ilə inteqrasiya edilib, “mTİNY” robotu ilə tələbələr robotlara düzgün kodlaşdırma tətbiq etmək və öz şəhərciklərini ekoloji qaydaya salmağı öyrəniblər.
Sonda tədbir iştirakçıları, müəllimlər və tələbələrlə birgə Universitetin həyətində çiçəklər əkilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search