Previous Next

Pedaqoji Universitetdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər davam etdirilir

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Gənc Məzunlar Assosiasiyasının (ADPU GMA) təşkilatçılığı, “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə Bakı şəhəri M.Rahim adına 7 nömrəli tam orta məktəbdə bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı maarifləndirici təlim keçirilib. 
Görüşdə məktəbin direktoru  Könül Təhməzova, ADPU GMA-nın rəhbəri Eltac Cəbiyev, Universitetin Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli iştirak ediblər. 
Ətraf mühitin mühafizəsi sahəsində maarifləndirmə işinə xidmət edən təlimdə hər bir Yer sakininin üzərinə düşən öhdəlik və təbiətə biganə münasibətin nəticəsində baş verən dəyişikliklər haqqında danışam “Təmiz Şəhər” ASC-nin mətbuat katibi Orxan Cabbarlı mövzu haqqında ətraflı məlumat verib.
Şagirdlərlə görüşdə tullantıların çeşidlənərək toplanmasının əhəmiyyəti vurğulanıb, onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb və bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı maarifləndirici bukletlər paylanılıb. 
Həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində ADPU-nun tədris binalarında müxtəlif növ tullantılar üçün nəzərdə tutulan böyük tullantı konteynerlərindən əlavə,  IDEA İctimai Birliyi və "Azersun Holding" MMC-nin birgə layihəsi əsasında hazırlanmış kağız tullantıların toplanması üçün karton qutular yerləşdirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search